Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm - Binəli Yıldırım

Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm - Binəli Yıldırım

Bakı. TurkicWorld:

Türk Dövlətlər Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu pisləyib.

TurkicWorld-in məlumatına görə, bu barədə o tvitter hesabında qeyd edib.

"Azərbaycanın Tehran səfirliyinə edilən hücumu qınayıram. Hücumda şəhid olan qardaşımıza Allahdan rəhmət, Can Azərbaycana başsağlığı və yaralılara təcili şəfalar diləyirəm", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.