Çavuşoğlu Bosniya və Herseqovinanın yeni xarici işlər naziri ilə telefonla danışıb

Çavuşoğlu Bosniya və Herseqovinanın yeni xarici işlər naziri ilə telefonla danışıb

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya və Herseqovinanın yeni xarici işlər naziri Elmedin Konakoviçlə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Mövlud Çavuşoğlu həmkarını yeni vəzifəsi münasibəti ilə təbrik edib.

Nazirlər iki dövlət arasında münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəliblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib.