...

Totalitar rejim 20 Yanvarda Azərbaycan xalqının iradəsini və ruhunu qıra bilmədi - Ukrayna səfiri

Siyasət Digər xəbərlər 20 Yanvar 2023 11:44
TurkicWorld Daspina Hasanova
Totalitar rejim 20 Yanvarda Azərbaycan xalqının iradəsini və ruhunu qıra bilmədi - Ukrayna səfiri

Bakı. Trend:

"Qara Yanvar" kimi tanınan 20 Yanvar 1990-cı il Azərbaycan tarixinin ən faciəli günlərindən biridir.

Trend xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün "Facebook" hesabında bildirib.

Onun sözlərinə görə, məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet maşını sovet ordusunun hərbi hissələrinə Bakıya daxil olmağı və dövlətinin müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparan Azərbaycanın dinc əhalisinə qarşı həyasızcasına qətliam törətmək barədə cinayət əmri verib:

"Bu dəhşətli gecədə 147 mülki şəxs öldürülmüş, 744 günahsız şəhər sakini yaralanmış, 400-dən çox insan qanunsuz olaraq həbs edilmişdir.

Lakin totalitar rejim Azərbaycan xalqının iradəsini və ruhunu qıra, qorxuda, müstəqillik susuzluğunu boğa bilmədi.

Tezliklə "Qara Yanvar" hadisələri Sovet İttifaqının digər əsarət altında olan ölkələrində, o cümlədən Ukraynada müstəqillik hərəkatlarının güclənməsinə təkan verdi, bu ölkələrin xalqına çoxdan gözlənilən azadlığı verdi.

Başınız sağ olsun, unutmadıq".

Xəbərlər

Xəbər lenti