20 yanvar faciəsi insanlığa qarşı cinayətdir - Yalçın Topçu

20 yanvar faciəsi insanlığa qarşı cinayətdir - Yalçın Topçu

Bakı. TurkicWorld:

Sovet ordusunun 1990-cı il yanvarın 20-də qardaş Azərbaycanın paytaxtı Bakıda və digər bir çox yerlərdə dinc əhaliyə hücumu insanlığa qarşı cinayətdir.

TurkicWorld-un məlumatına görə, bu fikirləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topşu deyib.

“Azərbaycan xalqının həm kədəri, həm də qüruru hesab edilən 20 Yanvar gününü və bu günün qəhrəmanlarını türk dünyası, xüsusilə də türk xalqı unutmayıb və unutmayacaq. 20 Yanvar şəhidlərini hörmət və rəhmətlə yad edirik.” - deyə Topçu vurğulayıb.

O qeyd edib ki ,Azərbaycan xalqının müstəqilliyinin və gələcəyinin rəmzi olan şanlı üçrəngli bayrağın zalımların tanklarına, toplarına, təyyarələrinə qarşı ürəkləri, topuqları və imanları ilə ayağa qalxaraq sinəsini sipər etməsi çox ağrılı və unudulmazdır.

“Türk dünyasının hər bir övladı, türk xalqı
Azərbaycanın həm kədəri, həm də azadlığa qovuşmasında yer alan 20 yanvar qəhrəmanlarını yad edir”-deyə o bildirib.

Y. Topçu onu da qeyd edib ki , 2018-ci il məhz 20 yanvar tarixində Qəhrəman Türkiyə Silahlı Qüvvələri teror təşkilatlarına qarşı “Zeytun budağı əməliyyatı” adı altında hərbi əməliyatlar başladıb, bölgə xalqının və millətimizin təhlükəsizliyi üçün terror dövləti olan qondarma terror dövlətinin qeyri-qanuni əməllərinə qarşı atılan addımdır.

Zeytun budağı əməliyyatı” ilə Aralıq dənizi sahillərinə nüfüz etmək xəyalənda olan imperialist güclər dəsətk verdikləri “oyuncaqları” PKK/KCK/PYD/YPG, DEAŞ ilə birlikdə param parça edilib.

“Bugünə qədər; Bütün Türk-İslam Dünyasında vətən, bayraq, istiqlal, gələcək uğrunda şəhidlik zirvəsinə ucalmış bütün şəhidlərimizə Allah rəhmət eləsin, Allah hər birinə rəhmət eləsin, məkanları cənnət, olsun”-deyə o qeyd edib.