Bakı. Trend:
15 milyon ton olan dəniz limanımızın ötürmə qabiliyyəti 25 milyon tona çatdırılacaqdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda "Avrasiya Orta Dəhlizi: Yoldan Magistral yola" mövzusunda panel iclasında çıxışı zamanı deyib.
Bunun üçün artıq büdcənin ayrıldığını qeyd edən dövlət başçısı əlavə edib: "Çünki biz müəyyən səbəblərdən - ənənəvi marşrutlar üzrə daşımaların mürəkkəbliyinə görə yük axınının artacağını gözləyirik".