Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir

Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir

Bakı. TurkicWorld:

Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir.

TurkicWorld-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşündə bildirilib.

Söhbət zamanı, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti qeyd edilib.

Eyni zamanda, ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda "Adani Group" ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.