Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğanla Putin arasında telefon danışığı olub

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında əməkdaşlığın inkişafı, o cümlədən energetika sahəsində əlaqələrin genişlənməsi məsələlərini müzakirə ediblər.

Rusiya və Türkiyə prezidentləri telefon danışığı zamanı Ukrayna və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması ətrafında fikir mübadiləsi aparıblar.