Rusiya sülhməramlılarına məxsus daha səkkiz avtomobil Laçın yolundan maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus daha səkkiz avtomobil Laçın yolundan maneəsiz keçib

Şuşa. Trend:

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 35 gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus 8 təminat avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.

Bundan əvvəl isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin yoldan keçidinə şərait yaradılmışdı.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.