Rusiya sülhməramlılarına məxsus daha 2 təminat maşını aksiya ərazisindən maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus daha 2 təminat maşını aksiya ərazisindən maneəsiz keçib

Bakı. TurkicWorld :

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Trend-in aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Yük maşınları Laçından Xankəndi istiqamətinə keçid edib.