Azərbaycan qazının Cənub-Şərqi Avropa ölkələrinə tədarükünə dair işlər görülür - Mövlud Çavuşoğlu

Azərbaycan qazının Cənub-Şərqi Avropa ölkələrinə tədarükünə dair işlər görülür - Mövlud Çavuşoğlu

Bakı. TurkicWorld:

Cənub-Şərqi Avropa ölkələrinə Azərbaycan və Türkmənistan təbii qazının tədarükünə dair işlər görülür, fərqli formatlarda təmaslar aparılır.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün NATO Xarici İşlər Nazirləri iclasından sonra keçirdiyi brifinqdə qeyd edib.

O bildirib ki, Avropada və ümumilikdə, dünyada enerji böhranı var.

"Türkiyə bu böhranda konstruktiv rolu ilə əsas ölkəyə çevrilib. Biz bu xüsusiyyətimizi insalığın və ehtiyac içində olan ölklərin yararına istifadə etməyə çalışırıq. Cənub-Şərqi Avropa ölkələrinə Azərbaycan və Türkmənistan təbii qazının tədarükünə dair işlər görülür, fərqli formatlarda təmaslar aparılır. Onlar bu mövzuda Türkiyədən dəstək istəyirlər", - deyə M.Çavuşoğlu əlavə edib.