Türkiyə və İsrailin müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyə və İsrailin müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsrailin müdafiə naziri Binyamin Hantz ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, telefon danışığı zamanı Hulusi Akar iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafının vacibliyini vurğulayıb.

H.Akar, həmçinin ikitərəfli əlaqələrə verdiyi töhfəyə görə B.Hantza təşəkkür edib və ona cansağlığı, xoşbəxtlik və yeni siyasi fəaliyyətində uğurlar arzulayıb.