Türkiyə Filippinə iki hücum helikopteri təhvil verib

Türkiyə Filippinə iki hücum helikopteri təhvil verib

Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkəti Filippin Hərbi Hava Qüvvələrinin sifariş etdiyi iki ədəd “T129 Atak” hücum helikopterini ölkəyə təhvil verib.

TurkicWorld xəbər verir ki, T129 hücum helikopteri “Agusta A129 Mangusta” platforması əsasında Avropanın “AgustaWestland” konserni ilə birgə hazırlanıb.

Helikopter gündüz və gecə saatlarında isti və yüksək dağlıq ərazilərdə quru qoşunlarına və kəşfiyyat missiyalarına atəş dəstəyi vermək üçün nəzərdə tutulub.