Türkiyə ordusu bu il 3600-ə yaxın terrorçu zərərsizləşdirib - Hulusi Akar

Türkiyə ordusu bu il 3600-ə yaxın terrorçu zərərsizləşdirib - Hulusi Akar

Bakı. TurkicWorld:

Türkiyə ordusu İraq və Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatları çərçivəsində bu il 3 585 terrorçu zərərsizləşdirib.

TurkicWorld-un məlumatına görə, bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkə parlamentinin büdcə komissisiyasında çıxışı zamanı deyib.

O bildirib ki, əməliyyatların başladığı 2015-ci ilin iyulundan bugünədək zərərsizləşdirilən terrorçuların sayı 36 854 nəfər təşkil edib.

Eyni zamanda 2022-ci ildə 724 terrorçu Türkiyə Silahlı Qüvvələrinə təslim olub.