Qazaxıstanda prezident seçkiləri başlayıb

Qazaxıstanda prezident seçkiləri başlayıb

Qazaxıstanın 15 regionunda prezident seçkiləri başlayıb.

TurkicWorld-un məlumatına görə, ölkənin seçki məntəqələrinin əsas hissəsində səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək keçiriləcək. Eyni zamanda, yerli vaxtla saat 06:00-da 86 seçki məntəqəsi səsverməyə başlayacaq.

Qazaxıstanda seçki kampaniyası oktyabrın 21-də başlayıb və noyabrın 19-u saat 00:00-a qədər davam edib.

Bu gün ölkə üzrə 10 101, xaricdə isə 68 seçki məntəqəsində səsvermə keçiriləcək. 2022-ci il iyulun 1-nə olan məlumata görə, seçicilər siyahısına 11 827 277 Qazaxıstan vətəndaşı daxil edilib.

İki qadın və dörd kişi olmaqla altı namizəd prezidentliyə namizəd kimi qeydə alınıb.