...

Prezident İlham Əliyev: Rusiyadan turist axını da artır, bu il təqribən 80 faiz artım olub

Siyasət Digər xəbərlər 18 Noyabr 2022 13:11
TurkicWorld Daspina Hasanova
Prezident İlham Əliyev: Rusiyadan turist axını da artır, bu il təqribən 80 faiz artım olub

Bakı. TurkicWorld:

Rusiyadan turist axını da artır, bu il təqribən 80 faiz artım olub.

TurkicWorld-un məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Sizin səfəriniz ərəfəsində mən bəzi statistik məlumatlara baxmışam. Sevindim ki, aviareyslərin sayı sürətlə artır. Həftədə 130-dan çox reys var, yəni, biz praktiki olaraq ən yüksək göstəriciyə nail olmuşuq və Rusiyadan turist axını da artır. Bu il təqribən 80 faiz artım olub. Əlbəttə, pandemiya ilə əlaqədar bu göstərici azalmışdı. Biz hələ pandemiyadan əvvəlki səviyyəyə çatmamışıq, lakin fikrimcə, çatacağıq. Ölkələrimiz arasında sıx dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi, iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı da artacaq".

Məqalədə:
Xəbərlər

Xəbər lenti