...

Türkiyənin Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək türk dünyasına böyük cəsarət verdi - Ərdoğan

Siyasət Digər xəbərlər 12 Noyabr 2022 14:01
TurkicWorld Daspina Hasanova
Türkiyənin Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək türk dünyasına böyük cəsarət verdi - Ərdoğan

Türkiyənin Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək türk dünyasına böyük cəsarət və özünəinam verdi.

Trend-in məlumatına görə, bunu şənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarına cavabında deyib.

O qeyd edib ki, türk dövlətləri arasındakı əməkdaşlıq öz gücünü tarixi qardaşlıq, ortaq mədəniyyət, həmrəylik, dil və adət-ənənə bağlarından alır.

"Əvvəlki dövrdə sədrlik etdiyimiz İstanbul Zirvəsi əslində türk dövlətləri üçün dönüş nöqtəsi oldu. Bu sammitlə biz Türk Şurasını Türk Dövlətləri Təşkilatı adlı beynəlxalq təşkilata çevirdik. Türk Dövlətləri Təşkilatı uğurlu əməkdaşlıq platforması kimi özünü sübut etdi və regionda, dünyada çəkisi artır", - deyə R.T.Ərdoğan bildirib.

Xatırladaq ki, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib.

Xəbərlər

Xəbər lenti