Birinci xanım Mehriban Əliyeva Səmərqənddə təşkil olunan şam yeməyində iştirak edib (FOTO/VİDEO)

Birinci xanım Mehriban Əliyeva Səmərqənddə təşkil olunan şam yeməyində iştirak edib (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının Birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə təşkil olunan şam yeməyində iştirak ediblər.