Sülh, firavanlıq və davamlı inkişafa nail olmaq üçün Azərbaycanla birlikdə işləməyə hazırıq - BMT

Sülh, firavanlıq və davamlı inkişafa nail olmaq üçün Azərbaycanla birlikdə işləməyə hazırıq - BMT

BMT-nin Azərbaycandakı Nümayəndəliyi 9 Noyabr Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi "Twitter" hesabında qeyd edilib.

"BMT-nin Azərbaycandakı Nümayəndəliyi Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir. Biz Azərbaycan ilə tərəfdaşlığımızı qiymətləndiririk və sülh, firavanlıq və davamlı inkişafa nail olmaq üçün birlikdə işləməyə hazırıq.

Dövlət Bayrağı Gününüz mübarək!", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.