Azərbaycan və Ermənistan danışıqları sürətləndirmək barədə razılığa gəliblər - Ned Prays

Azərbaycan və Ermənistan danışıqları sürətləndirmək barədə razılığa gəliblər - Ned Prays

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda keçirilən görüşdə danışıqları sürətləndirmək barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə mətbuat konfransı zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Xarici işlər nazirləri danışıqları sürətləndirməyə razılaşıblar", - deyə N.Prays bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında aparılan danışıqları şərh edərkən bildirib.

"Dünən hər iki tərəfin görüşməsi, bir çox fikir ayrılıqlarını müəyyən etməsi, günün sonunda birgə bəyanatla razılaşa bildikləri baxımından müsbət gün olub. Onlar növbəti həftələrdə davamlı görüşlər, birbaşa dialoq və diplomatiya haqqında razılığa gələ bildilər", - deyə mətbuat katibi qeyd edib.