...

TBMM Azərbaycana hərbçi göndərilməsi ilə bağlı təklifin müddətini daha bir il uzatdı

Siyasət Digər xəbərlər 1 Noyabr 2022 20:17
TurkicWorld Daspina Hasanova
TBMM Azərbaycana hərbçi göndərilməsi ilə bağlı təklifin müddətini daha bir il uzatdı

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyası Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərmək üçün Azərbaycana hərbçi göndərilməsi ilə bağlı təklifin müddətini daha bir il uzadıb.

TurkicWorld bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından qanun layihəsi ötən ay Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Qeyd edək ki, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi işğaldan azad olunan Ağdam rayonunda yerləşir.

Xəbərlər

Xəbər lenti