Zəngilan hava limanı bütün regiona əlavə dəyər qatacaq - Türkiyə Prezidenti

Zəngilan hava limanı bütün regiona əlavə dəyər qatacaq - Türkiyə Prezidenti

Bakı. TurkicWorld:

Zəngilanda istifadəyə verilmiş hava limanı təkcə Azərbaycana deyil, bütün regiona əlavə dəyər qatacaq.

TurkicWorld-un Türkiyə KİV-ə istinadən məlumatına görə, bunu gecə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

"Zəngilan beynəlxalq hava limanının açılışını qardaşım İlham Əliyevlə birgə həyata keçirdik. Çox önəmli mövqedə yerləşən Zəngilanda tikintisi başa çatmış hava limanı təkcə Azərbaycan üçün deyil, bütün region üçün əlavə dəyər təşkil edəcək. Bölgənin dünya ilə əlaqəsinin təmin olunması, kommunikasiya xətlərinin gücləndirilməsi strateji addımlardır". - Türkiyə Prezidenti deyib.