Prezident İlham Əliyev Sofiyada naməlum əsgərin məzarını ziyarət edib (ÖZƏL)

Prezident İlham Əliyev Sofiyada naməlum əsgərin məzarını ziyarət edib (ÖZƏL)

Bakı. TurkicWorld:

Sentyabrın 30-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib.

TurkicWorld-un məlumatına görə, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.