Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə görüşü nəzərdə tutulur - XİN

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə görüşü nəzərdə tutulur - XİN

Bakı. TurkicWorld:

Oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

Bu barədə TurkicWorld-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Məlum olduğu kimi, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi.

Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur", - açıqlamada deyilir.