Qarabağ bütün türk dünyası üçün vacib əhəmiyyət qazanır - Alev Kılıç

Qarabağ bütün türk dünyası üçün vacib əhəmiyyət qazanır - Alev Kılıç

Qarabağ bütün türk dünyası üçün vacib əhəmiyyət qazanır.

Bunu Trend-ə Avrasiya Araşdırma Mərkəzinin (AVİM) direktoru, türkiyəli diplomat Alev Kılıç Şuşada Azərbaycan beyin mərkəzləri I Forumu çərçivəsində deyib.

"Bu gün dağıdılmış bölgəni gördük, adətən bu miqyasda dağıntıların bərpası üçün çox vaxt tələb olunur. Üstəlik, mina problemi də mövcuddur. Bütün bunlara baxmayaraq, mən bərpa prosesində əldə olunan nəticələrdən heyranlıq duyuram. "Zəfər yolu" adlanan yeni yol çox səmərilidir", - deyə o bildirib.

A.Kılıç əlavə edib ki, bütün bunlar Qarabağın tezlilkə bütün türk dünyasında böyük yer tutacağından əmin olmağa imkan verir.

O qeyd edib ki, Ermənistan öz məğlubiyyətinin fəsadları ilə barışmaq istəməsə də, sülhün əldə olunması onun üçün yeganə çıxış yoludur.