Hikmət Hacıyev ABŞ-da Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Hikmət Hacıyev ABŞ-da Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Bakı. TurkicWorld:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan yazıb.

"Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qonaq etdim. Biz şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik", - deyə Ceyk Sallivan qeyd edib.