Cənubi Qafqazda sülh üçün dua edirik - İsrail səfiri

Cənubi Qafqazda sülh üçün dua edirik - İsrail səfiri

Biz Cənubi Qafqazda hamının ləyaqətli gələcəyini təmin edəcək sülh üçün dua edirik.

Trend-in məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

"Anım Günündə biz Azərbaycanda və regiondakı dostlarımızla birgə münaqişənin qurbanlarını yad edirik. Onların ailələrinə dərin hüznlə başsağlığı veririk.
Biz Cənubi Qafqazda hamının ləyaqətli gələcəyini təmin edəcək sülh üçün dua edirik", -deyə paylaşımda qeyd edilib.