...

"Anım Günü" ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Siyasət Digər xəbərlər 26 Sentyabr 2022 11:48
TurkicWorld Daspina Hasanova
"Anım Günü" ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Bakı. TurkicWorld:

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi plana əsasən sentyabrın 27-də "Anım Günü" ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək.

Bu barədə TurkicWorld-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq nazirliyin rəhbərliyi və digər hərbi qulluqçular tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunacaq, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad ediləcək.

Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdiriləcək.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışılacaq.

Həmçinin hərbi qulluqçular şəhid ailələri və döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərimizi ziyarət edəcəklər.

Məqalədə:
Xəbərlər

Xəbər lenti