Ceyhun Bayramov ABŞ prezidenti tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib

Ceyhun Bayramov ABŞ prezidenti tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib

Bakı. TurkicWorld:

21 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat idarəsi məlumat yayıb.