...

Paşiyanla görüşümüz ola bilər - Ərdoğan

Siyasət Digər xəbərlər 22 Sentyabr 2022 18:00
TurkicWorld Daspina Hasanova
Paşiyanla görüşümüz ola bilər - Ərdoğan

Bakı. TurkicWorld:

Pelosinin Ermənistana səfərinin Cənubi Qafqazdakı proseslərə zərbə vuracaq gücü yoxdur.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

O qeyd edib ki, bu səfəri şişirtməyə ehtiyac yoxdur.

"İndi bəzi hazırlıqlar görürük. Buradan qayıtdıqdan sonra lazımi addımları atacağıq. Praqada Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək. Hazırda Praqada keçiriləcək sammitdə iştirak edib-etməməyi dəyərləndiririk. Praqadakı sammitdə iştirak etsək, Paşinyan da ora gələ bilər. Deyəsən, onun ağlında “orada görüşə bilərikmi?” fikri var. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət edək. Amma təbii ki, Qafqazda bu məsələlərlə bağlı bizim də müəyyən addımlarımız olacaq. Hələlik biz yalnız planlaşdırma prosesindəyik", - deyə R. T. Ərdoğan bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti