...

Deputat Sevil Mikayılova Xaçmazda şəhid və yaralı hərbçilərimizin ailələrini ziyarət edib (FOTO)

Siyasət Digər xəbərlər 21 Sentyabr 2022 15:07
TurkicWorld Daspina Hasanova
Deputat Sevil Mikayılova Xaçmazda şəhid və yaralı hərbçilərimizin ailələrini ziyarət edib (FOTO)

Bakı. TurkicWorld:

Milli Məclisin deputatı Sevil Mikayılova Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhid olan və yaralanan hərbçilərimizin ailələrini ziyarət edib.

TurkicWorld-un məlumatına görə, S.Mikayılova Xaçmaz rayonundan olan şəhid Elnur Rüstəmovun ailəsi ilə görüşüb. Vətən uğrunda canından keçən oğullarımızın əziz xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulduğunu qeyd edən deputat Azərbaycan dövləti tərəfindən bu ailələrin hərtərəfli qayğı ilə əhatə olunduğunu bir daha diqqətə çatdırıb.

S.Mikayılova həmçinin Xaçmaz rayonundan olan yaralı hərbçilərimiz, Tural Ağcabəyov, Anar Seyidov və Həzi Abdullayevin ailələrini də ziyarət edib. Millət vəkili hazırda hərbi hospitalda müalicə alan hərbçilərin səhhəti və ailələrinin qayğıları ilə maraqlanıb.

Əsgər ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər və yaralıların tezliklə sağalaraq ordu sıralarına dönəcəklərinə ümid etdiklərini bildiriblər.

Məqalədə:
Xəbərlər

Xəbər lenti