Avropa İttifaqı Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayır - Toivo Klaar

Avropa İttifaqı Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayır - Toivo Klaar

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Azərbaycan tərəfinin 5 erməni hərbçisinin Ermənistana təhvil verilməsini alqışlayır.

TurkicWorld-un məlumatına görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“də bildirib.

“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq.

Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”,-deyə Klaar vurğulayıb.