İrəlidə Azərbaycanla böyük işlər görəcəyik - "Roketsan"ın direktoru (ÖZƏL)

İrəlidə Azərbaycanla böyük işlər görəcəyik - "Roketsan"ın direktoru (ÖZƏL)

Bakı. TurkicWorld:

İrəlidə Azərbaycanla böyük işlər görəcəyik.

Bunu TurkicWorld-ə Bakıda keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində iştirak edən Türkiyənin "Roketsan" şirkətinin PR-direktoru Mustafa Odabaş deyib.

O qeyd edib ki, "Roketsan" hər iki ildən bir Azərbaycanda keçirilən sərgiyə qatılır:

"Sərgidə bir çox silahlarımızı nümayiş etdiririk. Azərbaycanla davam edən bir çox işlərimiz var. Bizim qardaş ölkə ilə işbirliyimiz uğurla davam etməkdədir. İrəlidə çox böyük işlər görəcəyik",- deyə o qeyd edib.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.