Azərbaycan XİN Kabildə Rusiya səfirliyinə terroru və diplomatların ölümünü pisləyib

Azərbaycan XİN Kabildə Rusiya səfirliyinə terroru və diplomatların ölümünü pisləyib

Bakı. TurkicWorld:

5 sentyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatının, habelə əfqan vətəndaşlarının vəfat etməsi xəbərini kədərlə qarşılayırıq.

TurkicWorld-un məlumatına görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Kabildəkı Rusiya səfirliyinə terror hücumu ilə bağlı açıqlamasında deyilir.

“Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbuledilməzdir.

Terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir və yaralıların tezliklə sağalmasını diləyirik”, - qeyd olunub.