Rusiya və Tacikistan regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Rusiya və Tacikistan regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Bakı. TurkicWorld:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Moskvada Rusiya paytaxtına rəsmi səfər edəcək Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşəcək.

TurkicWorld xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bir qədər əvvəl brifinqdə dediyi kimi, nazirlər bu ilin sonuna qədər ən yüksək səviyyəli görüşlər və tədbirlər cədvəlini, həmçinin ikitərəfli gündəliyin mühüm aspektlərini nəzərdən keçirəcəklər.

“Ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıq, müdafiə və təhlükəsizlik, miqrasiya siyasəti, kadr hazırlığı, biotəhlükəsizlik, o cümlədən epidemioloji çağırışlar, informasiya təhlükəsizliyi sahəsində birgə tədbirlərə xüsusi diqqət yetiriləcək”, - diplomat bildirib.