Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə avqustun 18-də Lvov vilayətinə birgünlük işgüzar səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur.

Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılan mexanizmin fəaliyyətinin artırılaraq davamiyyətini təmin etmək, eləcə də Rusiya ilə Ukrayna arasında davam edən böhrana diplomatik yollarla son qoyulması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.