Türkiyədə terror təşkilatı tərəfindən polis bölməsinə hücum edilib

Türkiyədə terror təşkilatı tərəfindən polis bölməsinə hücum edilib

Bakı. TurkicWorld:

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Şanlıurfa şəhərində yerləşən polis bölməsinə terror təşkilatı tərəfindən edilən hücum nəticəsində bir əsgər şəhid olub, dörd əsgər isə yaralanıb. TürkicWorld-un məlumatına görə, Şanlıurfa sərhəd xəttində terrorçuların hücumundan sonra Türkiyə Silahlı Qüvvələri terrorçulara məxus müəyyən edilmiş hədəflərin artilleriya ilə vurulduğunu və 13 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Şanlıurfa valisi Salih Ayhan bildirib ki, sərhədə yaxın məhəllələrdə yaşayanlar evlərini boşaltaraq təhlükəsiz əraziyə köçürülüblər.