Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyəyə səfərə gəliblər (FOTO/VİDEO)

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyəyə səfərə gəliblər (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəlib.

TurkicWorld xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşıladılar.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.