Qarabağda 30 ilə yaxın davam edən işğal, soyqırımı qarşısında beynəlxalq ictimaiyyət heç bir addım atmadı - Ərdoğan

Qarabağda 30 ilə yaxın davam edən işğal, soyqırımı qarşısında beynəlxalq ictimaiyyət heç bir addım atmadı - Ərdoğan

Bakı. TurkicWorld:

Döyüş meydanında güclü olmadan, danışıqlar masası arxasında nəyəsə nail olmağın çətinlikləri məlumdur. Azərbaycan torpaqlarının işğaldan azad olunması bunun ən bariz nümunəsidir.

TurkicWorld-un məlumatına görə, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, 30 il davam edən işğal və soyqırım siyasəti qarşısında beynəlxalq ictimaiyyət heç bir addım atmadı.