...

Prezident İlham Əliyev Brüsseldə Nikol Paşinyanla görüşəcək - Şarl Mişel

Siyasət Digər xəbərlər 6 Avqust 2022 11:49
Trend Tasnem Ismukhan
Prezident İlham Əliyev Brüsseldə Nikol Paşinyanla görüşəcək - Şarl Mişel

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz "Twitter" səhifəsində elan edib.

O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyilşin əldə olunması mühüm əhəmiyyət daşıyır.

"Aİ Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə o bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti