...

Soçidə Ərdoğanla Putinin görüşü başlayıb

Siyasət Digər xəbərlər 5 Avqust 2022 17:02
Trend Tasnem Ismukhan
Soçidə Ərdoğanla Putinin görüşü başlayıb

Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş başlayıb.

Trend-in məlumatına görə, görüşün mətbuata açıq keçirilən hissəsində rusiyalı prezident taxıl dəhlizi, eləcə də Rusiya gübrəsinin tədarükü ilə bağlı razılaşmaların əldə olunmasında təşəbbüsünə görə R.T.Ərdoğana təşəkkürünü bildirib.

Eyni zamanda, R.T.Ərdoğan Rusiya ilə Türkiyənin münasibətlərdə yeni səhifə açacaqlarına ümidvar olduğunu bildirib.

Görüş zamanı liderlərin Türkiyənin Suriyadakı əməliyyatları, eləcə Türkiyədə inşası davam etdirilən "Akkuyu" atom elektrik stansiyasının inşası məsələsini müzakirə edəcəyi bildirilib.

Xəbərlər

Xəbər lenti