Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə yola düşüb.
Trend-in məlumatına görə, R.T.Ərdoğan avqustun 5-də Rusiyay birgünlük səfər edəcək.
Qeyd olunur ki, iki prezidentin görüşü zamanı taxıl dəhlizi, Rusiya-Ukrayna münasibətləri, eləcə də Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatı müzakirə olunacaq.
Xatırladaq ki, R.T.Ərdoğan və V.Putin bundan əvvəl iyulun 19-da Tehranda görüşmüşdü.