AMEA-nın elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi - SİYAHI

AMEA-nın elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi - SİYAHI

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı müəyyənləşib.

Trend xəbər verir ki, siyahı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli
Fərmanı ilə təsdiq edilib.

Həmin siyahını təqdim edirik:

1. Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələri:

1.1. Fizika İnstitutu;

1.2. Riyaziyyat və Mexanika İnstitutu;

1.3. İdarəetmə Sistemləri İnstitutu;

1.4. Radiasiya Problemləri İnstitutu;

1.5. İnformasiya Texnologiyaları İnstitutu;

1.6. Biofizika İnstitutu

1.7. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası;

1.8. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu;

1.9. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;

1.10. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu;

1.11. Polimer Materialları İnstitutu;

1.12. Geologiya və Geofizika İnstitutu;

1.13. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu;

1.14. Təbiət Tarixi Muzeyi;

1.15. Neft və Qaz İnstitutu;

1.16. Botanika İnstitutu;

1.17. Zoologiya İnstitutu;

1.18. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu;

1.19. Mikrobiologiya İnstitutu;

1.20. Dendrologiya İnstitutu;

1.21. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;

1.22. Genetik Ehtiyatlar İnstitutu;

1.23. Torpaqşünaslıq və Aqrokimya İnstitutu;

1.24. İqtisadiyyat İnstitutu.

2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:

2.1. Təbii Ehtiyatlar İnstitutu;

2.2. Bioresurslar İnstitutu;

2.3. Batabat Astrofizika Rəsədxanası.

3. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:

3.1. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu;

3.2. Bioresurslar İnstitutu;

3.3. Aqrar Problemlər İnstitutu;

3.4. Nəbatat Bağı.

4. Azərbaycan Milli Elmlər Akademiyasının təsərrüfat-hesablı elmi xidmət müəssisələri:

4.1. Təcrübə-Sənaye Zavodu;

4.2. “Kibernetika” Elmi İstehsalat Birliyi;

4.3. “Nafta” Elmi İstehsalat Birliyi;

4.4. “Aşqar” Elmi İstehsalat Birliyi;

4.5. “Kompozit” Elmi İstehsalat Birliyi.

5. Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti.