Taxıl dəhlizi ilə bağlı Birgə Koordinasiya Mərkəzi fəaliyyətə başladı - Hulusi Akar

Taxıl dəhlizi ilə bağlı Birgə Koordinasiya Mərkəzi fəaliyyətə başladı - Hulusi Akar

Bakı. TurkicWorld:

Ötən gün imzalanan taxıl dəhlizi haqqında sazişə uyğun olaraq, Birgə Koordinasiya Mərkəzinin yaradılması üzrə işlər başa çatıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, Rusiya və Ukrayna nümayəndələri, eləcə də BMT nümayəndəsi Türkiyə ilə birlikdə Birgə Koordinasiya Mərkəzində fəaliyyətə başlayıb.