Türkiyə, Rusiya və Ukrayna hərbçiləri İstanbulda təhlükəsiz taxıl nəqlini müzakirə edəcək

Türkiyə, Rusiya və Ukrayna hərbçiləri İstanbulda təhlükəsiz taxıl nəqlini müzakirə edəcək

Bakı. Trend:

Ukrayna limanlarında qalan taxıl ehtiyatlarının dəniz yolu ilə təhlükəsiz nəqli məsələlərinin müzakirə olunması üçün Türkiyə, Ukrayna, Rusiya hərbçilərindən ibarət nümayəndə heyətləri İstanbulda görüşəcək.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, görüş iyulun 13-də keçiriləcək.

H.Akar bu məsələ ilə bağlı rusiyalı həmkarı Sergey Şoyqu və Ukrayanın müdafiə naziri Oleksiy Reznikovla danışıqlar apardığını bildirib.