Türkiyə ordusu aprel ayından İraqın şimalında 277 PKK terrorçusunu məhv edib - Akar

Türkiyə ordusu aprel ayından İraqın şimalında 277 PKK terrorçusunu məhv edib - Akar

Bakı. TurkicWorld:

Aprelin 18-dən indiyə qədər İraqın şimalındakı Pençe-Kilit antiterror əməliyyatı zonasında 277 PKK terrorçusu zərərsizləşdirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə milli müdafiə naziri Türkiyənin Hakkari vilayətində sərhəd bölmələrinə baxış zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə ordusu terrorçuların bölgədəki sığınacaqlarını və bazalarını addım-addım məhv edir.

Ümumilikdə, ilin əvvəlindən Türkiyə ordusunun Suriya və İraqın şimalında 1999 terrorçunu məhv etdiyini deyən nazir, silahlılara qarşı mübarizənin istənilən hava şəraitində, hətta ən əlçatmaz ərazilərdə də davam etdiyini vurğulayıb:

"Məqsədimiz Türkiyənin 85 milyon əhalisinin təhlükəsizliyini təhdid edən sonuncu terrorçunu məhv etməkdir. Ölkəmizin sərhədlərinin tam mühafizəsi təmin olunana qədər mübarizə davam etdiriləcək".