...

İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin narahatlıqlarını nəzərə almalıdırlar - Ərdoğan

Siyasət Digər xəbərlər 28 İyun 2022 13:14
TurkicWorld Daspina Hasanova
İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin narahatlıqlarını nəzərə almalıdırlar - Ərdoğan

Bakı. TurkicWorld:

İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalıdırlar.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün İspaniyaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"İsveçin baş naziri, Finlandiya prezidenti və NATO baş katibinin iştirakı ilə dördtərəfli görüş keçirəcəyik. NATO-ya üzvlük müxtəlif öhdəlikləri də özü ilə gətirir. İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalıdırlar. Bunun əksi düşünülə bilməz", - deyə o bildirib.

Türkiyə prezidenti NATO sammitində Ukraynadakı vəziyyətin də gündəmdə olacağını bildirib. R.T.Ərdoğan, həmçinin ABŞ prezidenti Co Baydenlə görüşə biləcəyini deyib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti