Türkiyədə qeydə alınan Misir kapitallı şirkətlərin sayı artıb (ÖZƏL)

Türkiyədə qeydə alınan Misir kapitallı şirkətlərin sayı artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-may aylarında Türkiyədə Misir kapitalı ilə 145 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 58 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Misir şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 72 milyon 196 min 508 türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 20 milyon 625 min 400 türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (135) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Misir şirkətlərinin ümumu kapitalı 67 milyon 979 min 508 türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyədə Misir kapitalı ilə 63 topdan və pərakəndə, 6 inşaat və 14 daşınmaz əmlak şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.