Azərbaycan, Qazaxıstan və Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum olub

Azərbaycan, Qazaxıstan və Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum olub

"Bakı bəyənnaməsi”nin əməkdaşlığımızın irəli aparılmasında və böyük layihələrin ərsəyə gəlməsində böyük töhfəsi olacaq.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyənin Xarici İşlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, növbəti iclasın Qazaxıstanda keçirilməsi üçün razılıq əldə edilib.

“Əldə etdiyimiz nəticələr ölkələrimizdə və daha geniş coğrafiyada sülh və əminamanlığa xidmət edəcək”, - deyə C.Bayramov bildirib.