Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Bakı. TurkicWorld:

Bütöv Vətən Hərəkatında qəhrəmancasına və fədakar mübarizəsi ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək qüdrətini bütün dünyaya nümayiş etdirən və bizləri də qürurlandıran Azərbaycan Silahlı Qüvvələrini bu əziz gün münasibətilə təbrik edir və qardaşlarımızı ürəkdən salamlayırıq.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) bu ifadələrlə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Silahlı Qüvvələrinin qoşun birliyinin nizami hərəkətini əks etdirən, eləcə də Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birgə dalğalandığı fotoların da əks olunduğu təbrik MMN-nin rəsmi saytında paylaşılıb.