Türkiyədəki meşə yanğını tamamilə nəzarət altına alınıb - Nazir

Türkiyədəki meşə yanğını tamamilə nəzarət altına alınıb - Nazir

Bakı. TurkicWorld:

Türkiyənin Muğla vilayətindəki meşə yanğını tamamilə nəzarət altına alınıb, yaxın bir neçə gün ərzində ərazidə soyutma işləri aparılacaq.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə mətbuatına açıqlamasında kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.

Nazir bildirib ki, Marmaris bölgəsində bir neçə gün davam etmiş yanğın nəticəsində 4.5 min hektar ərazi məhv olub. İnsan itkisi qeydə alınmayıb.

Yanğının söndürülməsində 1 169 texnika, 63 hava nəqliyyatı və 4 587 personal iştirak edib.